ABŞ-ın Kaliforniya ştatında oğurluq hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, ABŞ hərbçiləri tərəfindən geniş istifadə edilən "humvee" olaraq da bilinən  "Hummer" markalı hərbi avtomobil oğurlanıb.

FTB, avtomobilin fotolarını və nömrəsini "Twitter" hesabında paylaşaraq, 120 min dollar dəyərində olan avtomobili tapmaqda kömək edənlərə 10 min dollar mükafat pulu vəd edib.  

Qeyd edək ki, hökumətə məxsus hərbi nəqliyyat vasitəsinin oğurlanmasının federal bir cinayət olduğu və 10 ilə qədər həbs cəzası ilə cəzalandırıla biləcəyi bildirilir. ABŞ Konqresinin 2 həftədən az müddət əvvəl ifrat sağçılar tərəfindən basqını və mümkün hücumların təkrarlana biləcəyi barədə şayiələrdən sonra bir hərbi nəqliyyat vasitəsinin oğurlanması xüsusilə sosial mediada gündəm olub.

Hadisə ilə bağlı istintaq davam edir.