Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT World” Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük Vətən Müharibəsinə həsr edilmiş xüsusi veriliş hazırlayıb.

Unikal.org xəbər verir ki, Qarabağdakı son hadisələrə həsr edilən verilişdə müharibənin necə başlaması, onun mülki insanlara vurduğu zərər və 44 günlük müharibənin regionun gələcək taleyinə təsirlərindən bəhs olunur.