Gəncə şəhərinin Kəpəz rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Mustafayevaya məxsus torpaq sahəsindən 15 ədəd spirt saxlamaq üçün çən, 4 ədəd dəmir konteyner, 4 ədəd vaqon, 6 ədəd darvaza və dəmir borular oğurlamaqda şübhəli bilinən qohumu Ə.Rzayev saxlanılıb.