İranın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə İran Seysmologiya Mərkəzi məlumat yayıb. Seysmoloqların verdiyi məlumata görə, yeraltı təkanları Bakı vaxtı ilə saat 01:31-də qeydə alınıb. Onun ocağı 19 kilometr dərinlikdə, episentri isə Hormozqan vilayətində yerləşib.

Eyni zamanda, ABŞ-ın Geoloji Araşdırmalar Xİdməti və Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin ocağının 8-10 kilometr dərinlikdə olduğunu qeyd edib.

Zəlzələ nəticəsində dağıntılar və tələfat barədə məlumat verilmir.