Dünyada koronavirusdan dünyasını dəyişənlərin sayı 2 milyonu ötdü.

Unikal.org xəbər verir ki, hazırda bu rəqəm 2 005 523-dür. 93,2 milyondan çox insan isə virusun daşıyıcısıdır.

İndiyədək COVİD-19-dan 1 milyon ölüm halı 2020-ci il 28 sentyabrda, 1,5 milyon ölüm halı 2020-ci il 4 dekabrda qeydə alınıb. Beləliklə, koronavirusa yoluxanların 2,1 faizi dünyasını dəyişib. 4 ay əvvəl bu göstərici 3 faiz səviyyəsində olub.

Dünyada koronavirusdan ölənlərin 20%-i (398 mindən çox ölüm) ABŞ-ın payına düşür. Ölüm sayına görə ikinci yerdə Braziliya (207 mindən çox ölüm), ikinci yerdə Hindistandır (151 mindən çox ölüm).