Xankəndidə yaşayan ermənilər yaşadıqları evləri ucuz qiymətə sataraq regionu tərk edirlər.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın əmlak satışı saytlarında bir çox elan yerləşdirilib.

Məsələn, Xankəndidə yerləşən ikimərtəbəli ev, qaraj və meyvə ağacları olan həyətyanı sahə ilə birlikdə cəmi 30 min ABŞ dollarına Arsen adlı şəxs tərəfindən satışa çıxarılıb. 190 kvadrat metr ərazidə yerləşən ev səkkiz otaqlıdır.