ABŞ-da 20 yanvarda keçiriləcək prezident seçkilərində qazanan Co Baydenin andiçmə mərasiminə hazırlıqlar davam edir.

Unikal.org xəbər verir ki, dünyaca məşhur ulduzlar da həmin mərasimdə çıxış edəcəklər.  Belə ki, Ledi Qaqa ABŞ milli himnini səsləndirəcək. Mərasimdə  məşhur adlar sırasında Cennifer Lopez, Con Bon Covi,  Castin Timberlake və Demi Lovato da yer alıb.  Bildirək ki, tanınmış amerikalı aktyor Tom Hanksda mərasim aparıcısıdır. 

And mərasimi həm pandemiyadan, həm də 6 yanvarda ABŞ Konqresinə edilən təzyiqlərdən sonra məhdud sayda insanın iştirakı ilə keçiriləcəkdir.  Andiçmə mərasimi günü təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırıldığı paytaxt Vaşinqtonda 20 min milli qvardiya xidmət edəcək.