İndoneziyanın Qərbi Sulavesi vilayətində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb, 637 nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG)  zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb. 

Zəlzələnin Palu və Makasar şəhərlərində də hiss olunduğu ifadə edilib. Milli Fəlakət İdarəetmə Agentliyinin Məlumat və Kommunikasiya Mərkəzinin rəhbəri Raditya Jati bölgədəki zəlzələ nəticəsində 4 nəfərin öldüyünü və 637 nəfərin yaralandığını bildirib.

Zəlzələdə təxminən 62 evin və bəzi dövlət qurumlarının ziyan gördüyü barədə məlumatı bölüşən Jati, 2 min insanın təhlükəsiz ərazilərə təxliyyə edildiyini və lazımi yardım işlərinə başladığını  qeyd edib. Jati, zəlzələdə meydana gələn sürüşmə səbəbiylə Majene-Mamuju avtomobil yolunun bağlandığını da bildirib.