Belarus hərbi arsenalına S-400-ləri daxil edəcək.

Unikal.org Belarus KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus Hərbi Hava Qüvvələrindən məlumat verilib. Bildirilib ki, hazırda Rusiya tərəfi ilə danışıqlar davam edir. Yaxın zamanlarda kontraktların imzalanması gözlənilir.

Belarus hava hücumundan müdafiə sistemlərində modernizasiyaya gedəcək. S-300 zenit-raket kompleksləri S-400-lərlə və "Pansir-S" sistemləri ilə əvəz ediləcək.