Dünyanın bir çox ölkəsində aşkar edilən yeni növ koronavirusla bağlı bəzi faktlar ortaya çıxıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  B.Britaniyada aparılan araşdırmalar göstərir ki, koronavirusun mutasiyaya uğrayan növünün daha çox qadınların ölümünə səbəb olduğu ortaya çıxıb. 

Bu virusun risk kateqoriyasında gənc və sağlam qadınlar üstünlük təşkil edir. 60 yaşından yuxarı qadınlarda bu hala isə demək olar ki, az rast gəlinir. Tədqiqatlar göstərib ki, yeni növ koronavirus meydana gəlməzdən əvvəl ölüm faizi kişilərdə 61, qadınlarda isə 39 idi. Lakin virusun mutasiyaya uğrayan növünün aşkar edilməsi ilə 39 % göstərici 43%-ə yüksəlib.