Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərlinin Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə daşıdığı məlum olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, V.Səfərov Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının sədr müavinidir.

Qeyd edək ki, V.Səfərli və “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu  Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə, həbs qəti imkan tədbiri seçilib.

Famil Fərhadoğlu