“Ermənilər etnik təmizləmə ilə yanaşı mədəni irsin məhv edilməsi siyasəti də həyata keçiriblər. Hətta qəbiristanlıqlarımız da dağıdılıb. Bunlar cinayətdir”.

Unikal.org xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.

“Biz əminik ki, ICESCO bu faktları gördükdən sonra hesabat hazırlayacaq və üzv dövlətlərə təqdim ediləcək. Azad olunmuş ərazilərə texniki missiya göndərəcək. Həmin missiya dağıdılmış yerləri qeydiyyata alacaq və beynəlxalq ictimnaiyyətə təqdim edəcək”, - nazir bildirib.