Yüz minlərlə hindistanlı, dünyanın ən böyük dini təşkilatı olan "Kumbh Mela"  festivalına başlamaq üçün Qanq sahillərinə enib. 

Unikal.org xəbər verir ki, hər 12 ildə bir dəfə təşkil edilən bu ilki həcc ziyarətinə təxminən bir milyon insanın qatılması gözlənilir. Ancaq bu gün başlayan tədbirə qatılan zəvvarların inanclarının onları Covid-19-dan qoruyacağını düşünərək maskalara və sosial məsafə tədbirlərinə məhəl qoymadıqları görülüb. 

Qeyd edək ki, indiyə kimi  Hindistanda 10 milyondan çox  yoluxma qeydə alınıb. 155 min ölümlə ABŞ-dan sonra ən çox təsirlənən ikinci ölkədir.