Çinin pambıq markası "Purcotton", bir qadının makiyajını silmək üçün nəm salfetdən istifadə edərək kişiyə çevrildiyini və küçədə onu izləyən  şəxsdən qorxduğunu göstərən  video yayımlayıb. 

Unikal.org xəbər verir ki, insanlar firmanı qadınları cinsi təcavüzdə günahlandırdığı üçün sərt şəkildə tənqid  edib.  Bundan sonra reklam "Purcotton"un sosial media hesabından çıxarılıb. 

Belə ki, geniş yayılmış onlayn reklamda, bir qadının özünü aqressiv görünən maskalı bir adamın izlədiyini anladıqda sakit küçədə tək gəzdiyi görülür. Daha sonra qadın, kişi ona yaxınlaşdıqda makiyajını silmək üçün çantasından "Purcotton" nəm salfeti götürür. Kişi çiyninə toxunduqda, qadın qəfildən dönərək "sənə kömək edə bilərəm qardaş?" soruşur. Reklam, dövlət qəzeti "China Women's News"da daxil olmaqla sosial media istifadəçiləri və Çin mediasının şiddətli əks reaksiyasına məruz qaldıqdan sonra qaldırılıb.