Mersin şəhərində bir-birindən xəbərsiz 2 gənc eyni qadınla nişanlanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankara və Kırıkkale şəhərlərində yaşayan iki gəncin ailəsi övladlarını evəndirmək niyyətinə düşüb. 

Onlar yaxınları E.T-nin vasitəsi ilə  Y.S adlı qadınla və onun ailə üzvləri ilə tanış olub.  Ayrı-ayrılıqda Mersinə gələn ailələr Y.S-nin  atası K.S.-dən qızlarını istəyiblər. Ailələr  "hə" mərasimindən sonra nişan xərcləri üçün onlara külli miqdarda pul verib və öz doğma şəhərlərinə qayıdıblar. 

Hər iki ailədən  nişan üçün 60 min tl məbləğində  pul alınıb. 

Nişanın təyin olunduğu gün Mersinə gələn ailələr qızgilin evlərinin önündə qarşılaşıblar. Daha sonra hər iki ailə arasında dava çıxıb.

Polis bölməsinə gətirilən ailələr aldadıldıqlarını anlayıblar. 

Bundan sonra Y.S. atası K.S, qardaşı M.S və bibisi İ.S  saxlanılıb. Ailə üzvləri barələrindəki ittihamları rədd ediblər. Hər iki nişana səbəb olan E.T isə axtarışa verilib.