“Birgə bəyanat Minsk prosesi çərçivəsində illər ərzində hazırlanan fikir və prinsipləri böyük ölçüdə ehtiva edir. Lazım olsa ATƏT-in Minsk Qrupu yenə də rol oynaya bilər”.

Unikal.org “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Kürəsəl Media” jurnalına müsahibəsində Dağlıq Qarabağla bağlı suala cavabında deyib.

O qeyd edib ki, həmsədrlər konstruktiv olmalı və keçmişdə baş verənlərdən dərs almalıdırlar.