Azərbaycan və Pakistan bu gün təbii fəlakətlər zamanı əməliyyatların idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.

Unikal.org xəbər verir ki, imza mərasimi İslamabadda - Pakistan Xarici İşlər Nazirliyində baş tutub.

Memorandumu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureşi imzalayıblar.

Tədbirdə həmçinin Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) sədri general-leytenant Axtar Navaz da iştirak edib.

Razılığa əsasən, Azərbaycan və Pakistan fövqəladə hallar və təbii fəlakətlər zamanı bir-birinə kömək edəcəklər.

***

13:00

İslamabadda Pakistan və Azərbaycan Xarici İşlər nazirliklərinin nümayəndə heyətləri səviyyəsində ikitərəfli danışıqlar davam edir.

Unikal.org xəbər verir ki, bu barədə “Dispatch News Desk” (DND) informasiya agentliyi məlumat verib.

Qeyd olunur ki, danışıqlar Pakistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına, çoxtərəfli sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına və əsas regional və qlobal məsələlərdə ortaq strategiyanın qəbuluna həsr ediləcək.

Həmçinin danışıqların yekununda Anlaşma Memorandumu imzalanacaq.