Türkiyənin məşhur müğənnisi Rafet ƏI Romandan xəbər var. 

Unikal.org məlumat verir ki, Roman  Mersində ticarət mərkəzlərinin birində konsert verib. Konsert zamanı müğənninin pərəstişkarı olan Sümeyye A. onu səsini dinləməyə məcbur edib. Səsi dinləyən Roman, "Səsiniz çox pisdir",- deyə pərəstişkarına bildirib.  Qısa zamandan sonra qızın sevgilisi müğənniyə zəng edərək onu təhdid və təhqir edib.   

Qızın sevgilisinin ona  telefonla zəng vuraraq hədələdiyini söyləyən müğənni prokurorluğa gedərək şikayət edib. Prokurorluq istintaq  işlərini başladıb.