B. Britaniyanın " The Guardian" qəzeti, Donald Trampın  ABŞ prezidenti seçilən Co Baydenin 20 yanvarda andiçmə mərasimindən bir gün əvvəl Şotlandiyaya qaçacağını yazıb.

Unikal.org xəbər verir ki, Şotlandiya yerli mətbuatı Ağ Evə məxsus bir "Boeing 757" təyyarənin 19 yanvarda Turnberry qolf sahəsinin yaxınlığındakı "Prestvick" hava limanına gələcəyini də qeyd edib. 

Lakin mütəxəssislər, "Boeing 757" təyyarələrin ABŞ Prezidentinin "Air Force One" adlanan ofisindən Trampın həyat yoldaşı Melaniya Tramp tərəfindən daha çox istifadə edildiyini bildiriblər.