Ötən şənbə Belçikanın paytaxtı Brüsseldə koronavirus qaydalarına əməl etməyən qaradərili polis tərəfindən saxlanılıb. Lakin 23 yaşlı İbrahima Barrie polisdən qaçıb. Həmin anları kameraya çəkərək sosial media hesabında yerləşdirib.  Polis qrupları gənci saxlayıb və bölməyə aparıblar.  Bir neçə saatdan sonra gəncin huşunu itirərək öldüyü bildirilib.  

Unikal.org xəbər veri ki, hadisə ilə əlaqədar olaraq  yüzlərlə insan gecə Brüsselin şimalındakı  polis bölməsinin yaxınlığına toplaşaraq 23 yaşlı "İbrahima Barrie" ölümünə polisə etiraz aksiyası keçiriblər. 

Nümayişçilər "Qara həyat vacibdir", "İbrahima ədalət" və "Qatil polis" kimi şüarlar səsləndirərək polisə daş atıblar. Etirazçılardan bəziləri yaxınlıqdakı başqa bir polis bölməsinin girişini, nəqliyyat vasitələrini və bəzi zibil qutularını yandırıb. Etirazçılar bölgədəki maşınlarına və dükanlarına da zərər verib. 

Bu vaxt, etirazların davam etdiyi bölgədən keçən Belçika Kralı Filipinin avtomobilinə də daş atılıb. Kral Filipi daşıyan maşın sürətlə hadisə yerindən uzaqlaşıb.  Həmin vaxt Kral Filipin maşında olub-olmadığı bilinmir. Bəzi insanlar polisin müdaxiləsi ilə yaralanıb. Yaralılar təcili yardımla xəstəxanaya aparılıb. Bir çox nümayişçi nəzarətə alınıb.

Bununla bağlı, Belçika ictimai yayımı VRT-yə danışan Daxili İşlər Naziri Annelis Verlinden, "İctimai mülklərə ziyan vurmaq, od vurmaq, polisə daş atmaq kimi hərəkətlər qəbuledilməzdir",- deyə bildirib. Verlinden, 23 yaşlı İbrahima Barrie adlı gəncin ölümünü araşdırıldığını xatırladaraq, "Həbsdə olarkən bir şeyin səhv olub-olmadığını öyrənmək üçün hər şey edilir. Bunu izləyəcəyik. Lazım gələrsə, polisin səhv davranışı ilə əlaqədar lazımi addımları atacağıq.  Buna görə də bu cür zorakılıq hərəkətlərinə heç bir əsas yoxdur",- deyə nazir çıxışında qeyd edib.    

Polis merkezini ateşe verip Kral'ın aracını taşladılar