Türkiyənin Diyarbakır şəhərində keçirilən əməliyyatla 6 PKK terrorçusu həbs olunub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyatı Diyarbakır jandarm qüvvələri həyata keçirib. Nəticədə axtarılan 7 terrorçudan 6-sı saxlanılıb. Saxlanılanların hamısı PKK terror təşkilatının üzvləridir.

Hazırda araşdırmalar davam etdirilir. 1 terrorçunun həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.