Şanlıurfanın Siverek mahalında heyvandarlıqla məşğul olan Bəkir İrkeyin daşlar üzərində çəkdiyi rəsm əsərləri gündəm yaradıb. 

Unikal.org xəbər verir ki, çoban Bəkir heyvanları otlayarkən çəkdiyi şəkillərlə usta rəssamlara rəqib olub.  

Daşların üstünə şəkillər çəkən İrkey, "Məni çox tənqid edərək, boş işlərlə məşğul olduğumu deyirdilər. Amma  mən yenə də rəsm çəkməyə davam etdim". 

Belə ki mahalda "Pikasso Bəkir" kimi tanınan çoban, heyvanları otararkən boya fırçalarıyla daşlara və ya kətan parçalara ecazkar mənzərələri, heyvanları çəkir. Təbiətdə, xüsusən heyvanlarını otararkən çəkdiyi rəsmlər, sənətkar rəssamların fırçalarının əsərləri kimidir.

Rayon mərkəzində və Şanlıurfada rəsm sərgiləri keçirən çoban lazımi dəstəyi ala bilməyib.  Maddi çətinliklər üzündən əsərlərini digər əyalətlərdə sərgiləyə bilməyən İrkey, rəsmlərini yalnız evinin həyətinə gələn qonaqlarına nümayiş etdirir.