“Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin yanvar-fevral aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gələnlərin sayında artım olub”.

Unikal.org xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2020-ci il bütün dünyada COVID-19-la mübarizə ili kimi yadda qalıb:

“2019-cu ildə ölkəyə gələnlərin sayında artım olub. 2020-ci il koronavirus olmasaydı, dinamik artım olardı. Mart ayından pandemiya başladı və hələ də qüvvədədir. Sərhədlərdən keçidin məhdudlaşması miqrasiya proseslərinə də mənfi təsir göstərib”.

“Pandemiya başlayanda ölkədə 59 min 800 nəfər əcnəbi var idi ki, COVID-19-la bağlı vəziyyətə görə ölkəni tərk edə bilmirdi və etmək istəmirdi.

Bu şəxslərin müraciətləri leqallaşdı və xidmət tərəfindən heç bir əcnəbi ölkədən çıxarılmadı. Pasport müddəti bitən əcnəbilərin də müraciətləri nəzərə alındı”, - deyə o əlavə edib.