ABŞ Nümayəndələr Palatasında keçirilən səsvermədə Prezident Donald Trampın "üsyan təşəbbüsü" ilə günahlandırıldığı impiçment maddəsi qəbul edilib.  Belə ki, Tramp ABŞ tarixində ikinci dəfə impiçment edilən ilk prezident olub.

Unikal.org xəbər verir ki, işdən çıxarılma maddəsi Nümayəndələr Palatasından sonra Senatda səs veriləcək. Səsvermə keçirilən Konqres binasında fövqəladə təhlükəsizlik tədbirləri alınıb.  Hərbi bir kazarmanın görünüşünü alan Konqresin dəhlizlərində əsgərlər bütün günü və gecəni gözətçilik etdilər. Dəhlizlərdə əsgərlərin yerə uzanaraq göründüyü fotolar sosial mediada mübahisələrə səbəb olub.