"Twitter" sosial şəbəkəsinin qurucusu Cek Dorsi Trampın hesabının bağlanması barədə danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Dorsi müdafiəsiz qaldıqlarını və başqa addım atmaq üçün yollarının olmadığını söyləyib.

"Trampın hesabının bağlanması doğru qərar idi. Yasaqlarımızla qürur duymuram, amma verdiyimiz qərar doğru idi", - deyə Dorsi bəyan edib.