"TikTok" sosial şəbəkəsi təhlükəsizlik tədbirlərini gücləndirdiyini açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "TikTok" da istifadəçilərinin sayını artırmağa çalışır. Bunun üçün şəxsi məlumatların qorunması siyasətində yeniliklər edəcəyi və platformadan istifadəni daha təhlükəsiz hala gətirəcəyi barədə məlumat yayıb.

Yeni qərara görə, 13-15 il ərzində yeni yaradılmış profillərə "privat" statusu veriləcək və xüsusi qorunma tədbirləri həyata keçiriləcək.