"WhatsApp"ın istifadəçi şərtlərini dəyişməsi və 8 fevraladək razılıq tələb etməsindən sonra alternativlərdən biri olan "Telegram"a ciddi axın başlayıb. 

Unikal.org  xəbər verir ki, bu tələbin məntiqi nəticəsi olaraq "Telegram"ın aktiv istifadəçi sayı 500 milyonu keçib. 

Son 24 saatda tətbiqin istifadəçi sayı daha 25 milyon artıb. Bunlardan 38 faizi Asiya, 27 faizi Avropa, 21 faizi Latın Amerikası, 8 faizi isə Orta Şərq və Afrikanın payına düşür.