Qərbi Kaspi Universitetində onlayn əmək yarmarkası keçiriləcək. Qərbi Kaspi Universiteti və ”Azərbaycan Sənaye Korporasiyası” ASC-nin birgə əməkdaşlığı ilə keçiriləcək yarmarka 15.01.2021-ci il tarixində 15:00-da başlayacaq.
 
Əmək yarmarkasının planı:
 
- Qərbi Kaspi Universitetinin Tələbə və Məzunların Təcrübə və İnkişaf mərkəzinin rəhbəri Texnika üzrə fəlsəfə elmləri doktoru, dos. T.R.Imanova tərəfindən əmək yarmarkasının açılışı və "Azərbaycan Sənaye Korporasiyası" fəaliyyəti haqqında məlumatlandırma.
 
- “ASK” ASC və onun törəmə müəssisələrindən "Azərpambıq ASK" MMC-nin İnsan Resursları üzrə aparıcı mütəxəssis Fatimə Kərimovanın çıxışı.
 
- “ASK” ASC və onun törəmə müəssisələrindən "ASK Security" MMC-nin Korporativ idarəetmə şöbəsinin müdiri Əliağa Əzimzadənin çıxışı.
 
- “ASK” ASC və onun törəmə müəssisələrindən "ASK Xidmət" MMC-nin İnsan Resursları üzrə baş mütəxəssis Günay Məmmədovanın çıxışı.
 
- “ASK” ASC və onun törəmə müəssisələrindən "ASK Ayaqqabı Fabriki" MMC-nin İnsan Resursları üzrə mütəxəssis Esmiralda Qayıbovanın çıxışı.
 
- “ASK” ASC və onun törəmə müəssisələrindən "Azəralüminium" MMC-nin İşə qəbul və təlim şöbəsinin müdiri Qurbanəli Əsədovun çıxışı.
 
- “ASK” ASC və onun törəmə müəssisələrindən "ASK ŞÜŞƏ" MMC-nin İnsan Resursları şöbəsinin müdiri Pərvanə Ağayevanın çıxışı.
 
- “ASK” ASC və onun törəmə müəssisələrindən “ASK Şəki Şərab” MMC-nin İnsan Resursları üzrə mütəxəssis Şəlalə Ismayılovanın çıxışı.
 
- “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin İnsan Resursları Şöbəsinin müdiri Gülmirə Salmanovanın "Müsahibəyə hazırlıq prosesi və müsahibə haqqında tövsiyələr" mövzusunda çıxışı.

Əmək Yarmarkası üçün keçid linki:
 
https://teams.microsoft.com/l/meetup-join/