Türkiyənin tanınmış aktrisası Neslihan Atagülün səhhətində ciddi problem yaranıb.  

Unikal.org xəbər verir ki, "Star TV"də yayımlanan "Səfirin qızı" serialında baş rolu canlandıran aktrisaya bağırsaq sindromu diaqnozu qoyulub. 

Səhhəti gün keçdikcə daha da gərginləşən Neslihan tətilə çıxıb.  

Sürətlə arıqlamağa başlayan aktrisanın uzun müddətdir ki, bu xəstəliklə mübarizə apardığı öyrənilib.