Türkiyəli müğənni Yıldız Tilbe də 2021-ci ilə qazancla başlayan ifaçılardan oldu.

Unikal.org xəbər verir ki, sənətçi onlayn platformada verəcəyi konsert üçün 150 min lirəlik (34 min 170 manatlıq) müqavilə imzalayıb. Müğənninin repertuarından müxtəlif mahnıları səsləndirəcəyi musiqi proqramı 90 dəqiqə davam edəcək. Konsertin bilet qiyməti 40 lirədir (təxminən 10 manatdır). Yıldız fevralın 14-də musiqisevərlər qarşısına çıxacaq.