Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 766 yoluxma halı qeydə alınıb.

Unikal.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 164 477 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 150 427 nəfəri sağalıb, 2 349 nəfəri isə vəfat edib.