Türkiyədə son sutka ərzində 171 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 9809 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 23 152, virusa yoluxanlar isə 2 346 285 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 1218 464 pasiyent (son sutkada 10 301 nəfər) sağalaraq evə buraxılıb.