ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 0,2% azalaraq 1 barelə görə 55,55 dollar təşkil edib.

Unikal.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,17% azalaraq 52,16 dollar təşkil edib.