İngiltərənin “Mançester Yunayted” klubu fransalı yarımmüdafiəçi Pol Poqbanın satış qiymətini elan edib.

Unikal.org “Daily Express”ə istinadla xəbər verir ki, “Qırmızı şeytanlar” fransalı futbolçunu yay transfer pəncərəsi dövründə satmağa hazırlaşır və yarımmüdafiəçi üçün 75 milyon funt sterlinq tələb edir.

Qeyd olunur ki, hazırda “Yuventus”, Madrid “Real”ı və Fransanın PSJ klubu Pol Poqbanı heyətinə cəlb etməyə çalışır.