Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Krım problemi haqqında danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kuleba Krımın açıq yara olduğunu söyləyib.

"Krım Rusiya üçün açıq yara olaraq qalır. Ukrayna bu yaraya duz basdı. Düşünürəm ki, Krım məsələsini müzakirə etmək üçün danışıqlar prosesinə ehtiyac var. Bu prosesdə yalnız Krımın Ukraynaya geri qaytarılması müzakirə edilə bilər. Başqa mövzu ola bilməz. Rusiyanın Krımdan çıxması və Ukraynanın yarımadada suverenliyinin bərpa edilməsini müzakirə edə bilərik", - deyə Kuleba bəyan edib.