ABŞ-ın yeni prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sədr postuna namizədini açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Bayden Viliam Börnsü bu posta namizəd göstərib. Börns 2011-14-cü illərdə Obama administrasiyası dönəmində dövlət katibinin müavini vəzifəsini tutub. 1956-cı ildə anadan olub. Oksford Universitetinin məzunudur.

Konqres təsdiq edərsə, Börns sözügedən vəzifəni tutacaq.