Böyük Britaniya Ordusundan ibarət xüsusi bir qrupun yadplanetlilərin işğalına qarşı təlim keçdiyi ortaya çıxıb. 

Unikal.org xəbər verir ki,  Amerika Xüsusi Qüvvələri ilə birlikdə ABŞ-da təlim keçmiş 20 nəfərlik komandanın müxtəlif ölümcül  silahlardan istifadə edərək təlim keçdiyi bəlli olub. 

İngiltərənin "Daily Star" qəzetinin hesabatına görə; "Xüsusi Hava Xidmətinin (SAS) 20 üzvündən ibarət bir komanda "alternativ təhdidlərə" qarşı təlim keçib. Komandanın elit əsgərlərinə yadplanetlilər də daxil olmaqla müxtəlif potensial təhdidlərə qarşı ölümcül silahlardan istifadə etmək təlimləri verildiyi bildirildi",- deyə qeyd edib.