Hindistanın Karnataka şəhərində baş tutan toy  mərasimində qəribə hadisə yaşanıb.  

Unikal.org xəbər verir ki, mərasim zamanı qəfildən bəy yoxa çıxıb.  Daha sonra onun sevgilisi ilə qaçdığı məlum olub.  Hadisədən təəccüblənən gəlinin ailəsi  mərasimdə iştirak edən dəvətlilərə müraciət edərək, "Qızları ilə evlənməyə razı olan varmı?",- deyə soruşublar.  

Xoşbəxtlkdən dəvətlilər arasında gəlinlə evlənmək istəyən şəxs çıxıb.  Belə ki, gəlinlə dəvətli nikaha girib.  Mərasim qaldığı yerdən davam edib.