“Keçən ilin iyul ayında Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatından sonra Azərbaycan Ordusuna dəstək aksiyası zamanı parlamentə hücum edən, dağıdıcılıqla məşğul olanların cinayət məsuliyyətinə cəlb olunması bəzi antimilli ünsürlər tərəfindən qərəzli şəkildə şərh olundu. Onlar bunu hətta “İnsan hüquqları pozuntusu” kimi qiymətləndirdilər”.

Unikal.org-un xəbərinə görə. bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, burada məqsəd ölkədə xalq-iqtidar birliyinin üzərinə kölgə salmaq və təxribat vasitəsilə daxili qarşıdurma yaratmaq idi:

“Amma niyyətlərinə çata bilmədilər. O zaman həmin qanun pozuntusuna yol vermiş şəxsləri müdafiə edənlər bu gün ABŞ-da Kapitoliyə hücum edənləri terrorçu adlandırırlar. Və ya Əli Kərimli ödənişini etmədiyinə görə interneti kəsiləndə bunu “ölkədə demokratiya yoxdur” kimi qələmə verənlər Donald Trampın sosial şəbəkələrdə hesablarının bloklanmasını normal qarşıladılar. Bu da radikal ünsürlərin növbəti riyakarlıq nümunəsidir”.