Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonunun Alaşa kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, 15 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının çətin keçilən mürəkkəb relyefli qayalıq ərazidə olması yanğınsöndürmə işlərini çətinləşdirir.

Yanğınsöndürmə işlərinin sürətləndirilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən əlavə qüvvələr cəlb olunub. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğının söndürülməsində iştirak edir. 

Əlavə məlumat veriləcək.