Abşeronda dörd nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı bir müraciət daxil olub. 

Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən ikisi azyaşlı olmaqla, dörd nəfərin liftdən çıxarılması təmin edilib.