Binəqədi rayon Məhkəməsində Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədovun barələrində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Unikal.org-un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqdimatlar təmin edilib.

Hər iki şəxs barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.