İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvarın 11-də Azərbaycana səfər edəcək.

Unikal.org xəbər verir ki, Baş direktor Bakıda Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşdə ICESCO ilə ölkəmiz arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

O, həmçinin ölkəmizin bəzi şəhərlərində, o cümlədən Qarabağda tarixi və mədəniyyət abidələrini ziyarət edəcək.

Səfər çərçivəsində Azərbaycanın tarixi maddi irsinin qorunması, onların daha bir neçəsinin ICESCO-nun İslam Dünyası İrsi Siyahısına əlavə edilməsi məsələsi də müzakirə olunacaq.