Türkiyə Super Liqasında XVIII tura 4 oyunla start verilib.

Unikal.org-un məlumatına görə, liderlər qrupunda qərarlaşan “Qaziantep” səfərdə “Sivasspor”a məğlub olub.

Qonaqlar erkən qolla önə keçsə də, “igidlər” əzmkar qələbə qazanmağı bacarıb.

Son iki turda 1 xal toplayaraq liderliyi əldən verən “Qalatasaray” “Gənclərbirliyi”ni sınağa çəkib. “Cim-bom” rəqibdən 3 xalı 6 cavabsız qolla alıb.

Turun digər oyunları 10-11 yanvarda keçiriləcək.

Türkiyə Super Liqası
XVIII tur
9 yanvar
“Sivasspor” – “Qaziantep” – 2:1
Hakan Arslan, 41, 47 – Maksim, 4
“Göztəpə” – “Antalyaspor” – 0:1
Doğukan Sinik, 77
“Kayserispor” – “Yeni Malatyaspor” – 1:0
Semih Kaya, 10 (avtoqol)
“Qalatasaray” – “Gənclərbirliyi” – 6:0
Dian, 1, Belhanda, 30, 44, 45+1, Oğulcan Çağlayan, 64, Babel, 68 (pen.)