Paytaxtın Səbail rayonunda müxtəlif ticarət mərkəzlərinin və parkların qarşısında velosiped oğurlamaqda təqsirləndirilən Hüseyn Şahbazlının cinayət işinin ibtidai istintaqı başa çatıb.

Unikal.org xəbər verir ki, Səbail rayon Məhkəməsinə göndərilən iş hakim Ülviyyə Şükürovanın  icraatına verilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən zərərçəkən şəxslərdən daxil olan şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən Suraxanı rayon sakini Hüseyn Şahbazlı tutulub.

O, ifadəsində Səbail rayonunun inzibati ərazisindən 10-a yaxın velosiped oğurladığını bildirib. Saxlanılan zaman Polis Bölməsində Hüseyn Şahbazlının üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin də aşkar olunaraq götürülüb.

Famil Fərhadoğlu