İngiltərənin “Aston Villa” klubu yeni koronavirus testinin nəticələrini açıqlayıb.

Unikal.org xəbər verir ki, Premyer Liqa təmsilçisi 14 nəfərin virusa yoluxduğunu bəyan edib.

Yoluxanlardan 10 nəfərin futbolçu olduğu bildirilib. Bu səbəbdən baza bağlatdırılıb, komanda karantinə alınıb. “Aston Villa” İngiltərə kubokunun 3-cü mərhələsinin “Liverpul”la oyununa gənclərdən ibarət komanda ilə çıxacaq.

Qeyd edək ki, bu gün keçiriləcək “Aston Villa” – “Liverpul” görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.