Salyanda minik avtomobili yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 30 m² olan qarajın tavanı 5 m² sahədə və içərisində təmirə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Qarajın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.