ABŞ-ın "İnter Mayami" komandasının baş məşqçisi Dieqo Alonso istefaya göndərilib.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

46 yaşlı Alonso klubun yarandığı 2019-cu ildən ona başçılıq edirdi. Komanda 2020 mövsümündə çıxış etdiyi Şərq konfransını 7 qələbə, 3 heç-heçə və 13 məğlubiyyətlə 10-cu pillədə başa vurub.

Qeyd edək ki, "İnter Mayami" klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemdir.