Yüksək əlavə dəyər yaradan sahələrdən biri kimi, intensiv bağçılığın inkişafı da müsbət nəticələr verib".

Unikal.org xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə intensiv və superintensiv bağlar ümumi bağların 14 faizini təşkil edib: “İntensiv üsulla fındıq, zeytun, nar və sitrus bağlarının salınmasına görə birdəfəlik əlavə maliyyə dəstəyi göstəriləcək”.

Nazir qeyd edib ki. heyvandarlıq sahəsində də müsbət dinamika saxlanılıb və ət istehsalında ilkin nəticələrə görə 3,1 % artım, süd istehsalında isə 1,7 % artım əldə olunub.