Sumqayıtda avtomobildən oğurluq hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə ötən gecə 36-ci məhəllədə qeydə alınıb.Belə ki, jurnalist İlham Məmmədzadənin avtomobili qarət edilib.

Bu barədə jurnalist sosial şəbəkədə məlumat paylaşıb. Bildirib ki, naməlum şəxs və ya şəxslər onun avtomobilinin sol-qabaq hissəsinin şüşəsini sındıraraq qarət edib.

İ.Məmmədzadə hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.